WWW.POLA-EMEL.COM » Ordubad xəbərləri » Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir

 (səs sayı: 0)
Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir


20 il bundan əvvəl - 1991-ci ilin sentyabrın 3-də ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Azərbaycanın tarixində yeni bir səhifə açılmış, Naxçıvan məhv olmaqdan xilas olmuşdur. Məhz 1990-1993-cü illərdə ümummilli liderimiz tərəfindən Naxçıvanda atılan mütərəqqi addımlar sonrakı dövrdə ümumi Azərbaycan miqyasında davam etmiş, ölkəmiz həqiqi inkişaf yoluna çıxmış, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Bu gün uğurla davam etdirilən Heydər Əliyev yolu ölkəmizin digər guşələri kimi Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu illər ərzində əhalinin sağlamlığının qorunmasına, səhiyyə xidmətinin keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilmiş, təkcə son 15 ildə muxtar respublikamızda 173 səhiyyə müəssisəsi tikilərək istifadəyə verilmişdir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir

Sentyabrın 1-də - ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 20-ci ildönümü ərəfəsində Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olmuşdur.

Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıağa Bağırov və xəstəxananın baş tibb bacısı Elnarə Həmdiyeva göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirmişlər. Qeyd olunmuşdur ki, mərkəzi xəstəxananın yeni binasında tibb işçiləri üçün yaradılan şərait, quraşdırılan müasir tibbi avadanlıqlar rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsini daha da artırmağa, onların kənara getmədən rayonun özündə lazımi tibbi xidmətlər almalarına imkan yaradacaqdır. Göstərilən bu diqqət və qayğının müqabilində xəstəxananın kollektivi çalışacaqdır ki, əhaliyə nümunəvi tibbi xidmət göstərsin.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir ki, bu il ölkəmizdə müstəqilliyimizin bərpasının 20 illiyi qeyd olunacaqdır. Eyni zamanda sentyabr ayının 3-də ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 20 ili tamam olur. Bu, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, həm də ölkəmizdə bütün sahələrdə qazanılan uğrların başlanğıcı, istinad nöqtəsidir. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli sesiyasındakı bəyanatında bu barədə demişdir ki, “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Ali Məclisin Sədri demişdir: Ulu öndərimiz o çətin, ağır dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə razılıq verməsəydi, sonrakı illərdə isə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasaydı, biz indi müstəqilliyimizin 20 illiyini qeyd edə bilməzdik. Ancaq həmin vaxt tale Azərbaycan xalqının tərəfində idi: Ulu öndər siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı xilas etdi, inkişaf təmin olundu.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir

Ali Məclisin Sədri bu gün Heydər Əliyev yolunun, Heydər Əliyev ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu yolun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın bütün bölgələri, eyni zamanda muxtar respublikamız da inkişaf edir, bütün sahələrdə nailiyyətlər əldə olunur. Belə bir inkişafdan Ordubad rayonuna da pay düşüb, rayonda ən müasir tələblərə cavab verən xəstəxana binası inşa olunaraq istifadəyə verilir. Əlamətdar günlər ərəfəsində xəstəxana binasının istifadəyə verilməsinin özü də bir əlamətdar hadisədir. Ona görə ki, bu xəstəxanada müstəqil ölkəmizin ən qiymətli sərvəti olan insanların sağlamlığı qorunacaqdır.

Ali Məclisin Sədri Ordubad rayon sakinlərini əlamətdar bayramlar və yeni xəstəxana binasının açılışı münasibəti ilə təbrik edərək demişdir ki, Ordubad şəhərində ilk həkim məntəqəsi 1920-ci ildə fəaliyyətə başlamış, 1925-ci ildə isə Ordubad şəhərində 10 çarpayılıq xəstəxana rayon sakinlərinin istifadəsinə verilmişdir. Bu xəstəxana 1978-ci ilə kimi fəaliyyət göstərmişdir. Ulu öndərimizin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Azərbaycanın hər bir guşəsində yeni sosial obyektlər inşa olunmuşdur. 1978-ci ildə Ordubad şəhərində də xəstəxana binası tikilərək istifadəyə verilmişdir. Bu gün ölkəmizdə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq Ordubad şəhərində rayon mərkəzi xəstəxanasının yeni binası istifadəyə verilir. Demək olar ki, bu gün rayonda səhiyyə xidməti əhatəli şəkildə təşkil olunub. Rayonda 11 həkim ambulatoriyası, 31 feldşer-mama məntəqəsi, 2 bölmədən ibarət yoluxucu xəstəliklər şöbəsi, mərkəzi xəstəxana fəaliyyət göstərir. Bu, əhaliyə göstərilən səhiyyə xidmətinin lazımi səviyyədə təşkilinə imkan yaradır. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikanın heç bir rayonunda, eyni zamanda Ordubad rayonunda da ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır.

Ali Məclisin Sədri Ordubad rayonunun səhiyyə işçilərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd etmiş, bu münasibətlə rayonun bütün səhiyyə işçilərinə təşəkkürünü bildirmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra xəstəxana binasına baxış olmuşdur.

Məlumat verilmişdir ki, Ordubad Rayon Mərkəzi Xəstəxanası 66 çarpayılıqdır. Xəstəxana binasının tikintisinə 2010-cu ilin mart ayında başlanılmış, tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüksək zövqlə həyata keçirilmişdir. Bina əsas korpus və yoluxucu xəstəliklər üçün inşa edilmiş əlavə korpusdan ibarətdir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir
Əsas korpus zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarətdir. Burada stasionar, polikilinika, təcili yardım, doğuş və ginekologiya şöbələri yerləşir.

Orijinal memarlıq üslubunda inşa olunan binanın birinci mərtəbəsində təcili yardım, ginekologiya və doğuş şöbələri, rentgen, flüoqrafiya, növbətçi və həkim otaqları yerləşir. Ginekologiya və doğuş şöbəsində yaradılan şərait imkan verəcəkdir ki, müraciət edənlərə lazımi səhiyyə xidməti göstərilsin, uşaqlara ilkin doğuş zamanı ciddi həkim nəzarəti həyata keçirilsin. Burada küvez, fitoterapiya aparatı, müayinə masaları və digər lazımi avadanlıqlar qoyulmuşdur.

Poliklinika şöbəsi binanın 2-ci mərtəbəsində yerləşir. Burada xəstələrin müalicə və müayinəsi üçün hər cür şərait yaradılmış, ümumdünya səhiyyə təşkilatının tələblərinə cavab verən ən müasir avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada lor, oftalmoloq, cərrah, nevropotoloq və terapevt otaqları, stasionar və mobil rentgen qurğuları, flüoqraf, ultrasəslə müayinə və elektrokardioqrafiya aparatları yerləşdirilmişdir.

Reanimasiya və əməliyyat otağı binanın 3-cü mərtəbəsindədir. Reanimasiya bölməsində yerləşən palatalarda süni tənəffüs aparatlarının, deflrilyatorun, çarpayıyanı monitorların və ilk yardım ləvazimatlarının olması səhiyyə ocağında ağır xəstələrin müalicəsinə imkan verir. Əməliyyat otağı narkoz aparatı, sorucu, kiçik və böyük cərrahi avadanlıqlar dəsti ilə təchiz edilmişdir. Əməliyyat və doğuş otaqlarında antibakterial havalandırma sistemi quraşdırılmışdır.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir
Binanın 4-cü mərtəbəsində stasionar şöbə və inzibati bölmə yerləşir. Stasionar şöbədə hər biri iki çarpayılıq olan 12 palata və eyni zamanda yeməkxana da vardır. İnzibati bölmədə isə xidməti otaqlar, 80 yerlik iclas zalı, elmi və tibbi ədəbiyyatlarla, o cümlədən dövri mətbuatla təchiz olunmuş kitabxana fəaliyyət göstərir.

Ordubad Rayon Mərkəzi Xəstəxanasında hemodializ, pediatriya və laboratoriya bölmələri üçün də lazımi şərait yaradılıb. Hemodializ bölməsində yaradılan şərait imkan verəcəkdir ki, böyrək xəstəliklərindən əziyyət çəkənlər və hemodializ aparatından mütəmadi istifadə edənlər müalicə üçün rayondan kənara üz tutmasınlar. Bölməyə bir ədəd osmos və iki ədəd hemodializ aparatları verilmiş, lazımi dərman preparatları ilə təchiz edilmişdir.

Gələcəyimiz olan uşaqların sağlam böyüməsinə dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir, uşaqların yoluxucu və infeksion xəstəliklərə tutulmamaları üçün vaxtlı-vaxtında peyvəndlərin vurulması, sahə həkimləri tərəfindən lazımi müayinələr aparılması daim diqqət mərkəzində saxlanılır. Xəstəxanada yerləşən pediatriya bölməsi də rayonda bu istiqamətdə işlərin aparılmasında mühüm əhəmiyyətə malikdir. Bölmədə çalışan tibb işçiləri üçün lazımi iş şəraiti yaradılmış, binada ikitərəfli lift sistemi quraşdırılmışdır.

Binanın zirzəmisində laboratoriya bölməsi, morq, fizioterapiya, stamotologiya otaqları, arxiv, hamam-çamaşırxana və yeməkxana yerləşir. Burada iki ədəd stomotoloji qurğu qoyulmuş, diş və onunla bağlı yaranan xəstəliklərin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılmışdır.

Binaya yeni kanalizasiya və su xətti çəkilmiş, həyətdə 11 min kvadratmetr sahədə abadlıq işləri aparılmış, dekorativ, meyvə ağacları və gül kolları əkilmişdir. Eyni zamanda xəstəxananın həyətində 50 tonluq su çəni, bioloji təmizləyici qurğu, 800 kilovatlıq transformator və 100 kilovatlıq generator qoyulmuşdur.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir
Ali Məclisin Sədri tibbi xidmətin nümunəvi təşkili, kənd yerlərində peyvənd və müayinə işinin müntəzəm davam etdirilməsi, təmizliyə xüsusi diqqət yetirilməsi, həkimlərin təcrübə kurslarına göndərilməsi, payız mövsümündə xəstəxananın həyətinə meyvə tinglərinin əkilməsi barədə tapşırıqlar vermiş, 1 ədəd “Mersedes Benz” markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim etmişdir.

Rayon mərkəzindən xəstəxana binasına qədər olan 650 metr avtomobil yolu yenidən qurulmuş, asfalt beton örtük salınmış, yol kənarına 2300 metr uzunluğunda bardür düzülmüşdür. Həmçinin Dübəndi çayı üzərində 20 metr uzunluğunda, 12 metr enində yeni körpü tikilmişdir.

Ali Məclisin Sədri ilə səmimi söhbət zamanı rayon ziyalıları bildirmişlər ki, Ordubad rayonunda belə yüksək şəraitə malik olan xəstəxana binasının istifadəyə verilməsi dövlətimizin insan amilinə, sağlamlığa verdiyi böyük önəmin ifadəsidir. Bu həm də ulu öndər Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın quruculuq və inkişaf tarixində mühüm hadisə, rayonun sosial-iqtisadi inkişafının daha bir göstəricisidir. Artıq rayon sakinlərinin hər hansı bir xəstəliklə əlaqədar başqa yerlərə getməsinə ehtiyac yoxdur. Göstərilən bu qayğı və diqqət ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsidir.
Çap et

rosomahoidd
Qrupu: İstifadəçi
Şərhləri: 1
16 sentyabr 2011 22:41
1



sirigaz
Qrupu: Qonaq
Şərhləri: 0
22 sentyabr 2011 17:05
2


Стальные двери Гардиан - надежная защита. стальные входные двери гардиан дверь форпост 11тс. Стальные входные двери гардиан оптом и в розницу.

faufilure
Qrupu: Qonaq
Şərhləri: 0
26 sentyabr 2011 15:52
3


Бренд faufilure представляет осенне-зимнюю коллекцию модной женской одежды, отражающая традиционную любовь французов к спокойным сдержанным тонам, свободе, естественности и чувственности. Faufilure предлагает одежду из исключительно натуральных тканей http://www.faufilure.com

Отдел продаж
+375 162 29 81 15
Skype: lenta_mng

Фирменный оптово - розничный магазин в г.Москва:
Торговые комплекс «Дубровка», Шарикоподшипниковая, 13
Ст. метро «Дубровка», 7 линия, павильоны 50,52
Тел. 8 (965)150-73-53

Фирменный оптово - розничный магазин в г.Бресте:
Железнодорожный вокзал станции «Брест-Центральный»
Тел. +375 162 20-86-44

деловая одежда для женщин
магазин одежды для женщин
модная женская одежда
стильная женская одежда
интернет магазин женской одежды

SvetlanaZena
Qrupu: İstifadəçi
Şərhləri: 5
27 sentyabr 2011 09:40
4


Спасибо, много полезного почерпнул.
Я шаловливая девченка, мне очень скучно и хочется найти настоящщего мачо, мы можем весело развлечься. Найли меня здесь:
знакомства mail ru зарегистрироватьсясекс знакомства бесплатноинкогнито клуб знакомств

losinak
Qrupu: Qonaq
Şərhləri: 0
30 sentyabr 2011 21:49
5



suretrounny
Qrupu: Qonaq
Şərhləri: 0
2 oktyabr 2011 06:38
6



Обнаружил софтину. скайп скачать бесплатно windows 7, Скайп - крутая штука только для флирта.

IrinnaKemerovva
Qrupu: İstifadəçi
Şərhləri: 9
2 oktyabr 2011 12:47
7


Можно и по этому вопросу, ведь только в споре может быть достигнута истина. :)Я дикая кошка, которая хочет развлечься с обаятельным парнем, мне одиноко и хочется ласки, я вся горю и жду тебя здесь:где познакомиться с мужчинойвидео секс знакомствасайт знакомств ру


--------------------
клуб знакомств для секса

Encatothict
Qrupu: Qonaq
Şərhləri: 0
17 oktyabr 2011 21:21
9


veterans administration loans fifth third bank auto loans. applying for a student loan, nationwide vehicle ins agency. compare student loans down home loan no payment.

first time buyer car loans finance auto loans. bank of america home loans login. capital one auto loan calculator, ohio personal loans.